Cümə , 22 Noyabr 2024
Drone Cameras

FHN-in hərbi hissələrində “Heydər Əliyev İli”nə həsr olunan silsilə tədbirlər keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarının hərbi hissələrində “Heydər Əliyev İli”nə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Tədbirlərdə hərbi hissələrin rəhbərliyi və şəxsi heyəti, yerli icra hakimiyyətlərinin, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyinin yerli idarələrinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatlarının məsul vəzifəli şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə, hərbi hissələrdə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirlərdə çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər gördüyünü, ölkəmizin bu günü və gələcəyi üçün zəngin irs qoyduğunu vurğulayıblar. Ulu Öndərin ötən əsrin sonlarında bərpa edilmiş müstəqilliyimizin qorunub saxlanılması və onun əbədiliyinin təmin olunmasındakı müstəsna xidmətlərindən danışan natiqlər qeyd ediblər ki, Dahi Şəxsiyyət xalqımızın əsrlər boyu formalaşmış istiqlal arzularını və milli dövlətçilik ideallarını gerçəkləşdirib, respublikamız qısa zaman kəsiyində total böhran və ciddi tənəzzüldən qurtularaq demokratik-hüquqi islahatlar və stabil inkişaf yoluna qədəm qoyub.

Çıxış edənlər ümummilli lider Heydər Əliyevin mütərəqqi siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin bu gün çox böyük uğurlara imza atdığını, Azərbaycanın özünün siyasi və iqtisadi qüdrəti ilə dünya dövlətləri arasında layiqli yer tutduğunu bildiriblər.

Tədbirlərin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …