Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Yaxın günlərdə milli su strategiyası ilə bağlı sənəd Prezidentə təqdim olunacaq

“Azərbaycanda sudan inteqrasiyalı idarəetməni mərhələlər üzrə həyata keçirmək üçün milli su strategiyasının layihəsi hazırlanıb. Sənəd üzərində işin yaxın zamanlarda sona çatdırılaraq dövlət başçısına təqdim edilməsi nəzərdə tutulur”.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, qısa, orta və uzun illik planlaşma dövründə müasir, mütərəqqi idarəetmə prinsipinə əsaslanan su idarəsini təmin etmək hədəf götürülüb: “Bununla da sudan qənaətlə istifadə edə biləcəyik”.

Check Also

Erkən nikahla bağlı qanunvericilik sərtləşdirilə bilər

Milli Məclisdə erkən nikahla bağlı qanunvericiliyin sərtləşdirilməsi təklif olunub. Boyukmillet.com xəbər verir ki, Milli Məclisin Ailə, …