Bazar , 19 May 2024
Drone Cameras

Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs həbs olunub

Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs həbs olunub.

Boyukmillet.com xəbər verir ki, yol polisi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb. Belə ki, Rüfət Cəfərov idarə etdiyi “Mercedes” markalı, 90-FL-444 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə manevr etmə qaydalarını pozduğu üçün saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı aşkarlanıb və hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı R.Cəfərovun narkotik maddə qəbul etdiyi müəyyənləşib.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, R.Cəfərov barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. O, məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.

Check Also

Cəlilabadda 17 yaşlı yeniyetmə 4 bıçaq xəsarəti alıb

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, rayon sakini, 2007-ci il təvəllüdlü …