Bakının mərkəzi küçələrində aparılan abadlıq işləri yaxın vaxtlarda yekunlaşacaq.
Boyukmillet.com xəbər verir ki, İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşlığı əsasında paytaxtın küçə və prospektlərinin abadlaşdırılması üzrə işlər davam etdirilir.
Bakı şəhərinin küçə və prospektlərində insanların, xüsusilə əlilliyi olan şəxslərin sərbəst hərəkətini təmin etmək üçün səkilər əsaslı təmir olunur, panduslar quraşdırılır, hərəkətə maneə yaradan hallar aradan qaldırılır. Səkilər boyunca gözdən əlilliyi olan şəxslərin rahatlığı üçün hiss edilən plitələr döşənir, yeni işıq dirəkləri quraşdırılır. Həmçinin, birgə monitorinqlər zamanı aşkar olunan çatışmazlıqlar aradan qaldırılır, parklarda və küçə kənarlarında qazon örtüyü yenilənir, yeni güllər əkilir, ağaclar budanır, mövcud işıq dirəkləri və məhəccərlər yuyularaq rənglənir.
Abadlıq işlərinin ilkin olaraq paytaxtın Rəşid Behbudov, Dilarə Əliyeva, 28 May küçələrində yaxın vaxtlarda yekunlaşdırılması nəzərdə tutulur. Artıq digər bir neçə ünvanda da anoloji işlərə start verilib.