Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ərdoğan: “Türk Dövlətləri Təşkilatı səsin, nəfəsin və sinerjinin yeni mərkəzinə çevrilir”

“Ədalətli institusional strukturlardan məhrum birliklərin bloklandığı prosesdə Türk Dövlətləri Təşkilatı səsin, nəfəsin və sinerjinin yeni mərkəzinə çevrilir”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün yekunları ilə bağlı yerli və xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

“Adriatik dənizindən Asiyaya qədər uzanan geniş coğrafiyada bizim çox geniş əməkdaşlıq imkanımız var. Tarixi inkişafların türk dünyasının yolunu açdığı fürsət pəncərələrini düzgün qiymətləndirmək lazımdır. Siyasi həmrəylikdən tutmuş, enerji və nəqliyyatın başçılıq etdiyi iqtisadi əməkdaşlığa qədər hər sahədə onu mənfəətə çevirmək imkanımız var.

Qardaş ölkələrin nisbətən qısa müstəqillik dövründə əldə etdikləri nailiyyətləri ümumi gələcəyimiz üçün çox vacib hesab edirəm. Bu nəhəng potensial təşkilatımızın təsir dairəsinin ölçüsünə işarə edir. Hər Zirvə görüşü ilə biz bu təsirin miqyasını və əsasını daha da gücləndiririk. Türk İnvestisiya Fondunun yaradılmasına dair razılaşma Zirvə görüşümüzün konkret nailiyyətlərindən biridir. Fond qardaş ölkələrimizin iqtisadi birliyinin möhkəmlənməsinə töhfə verəcək”, – deyə Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan Sammitdə üzv ölkələrin aidiyyəti qurumları arasında əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılmasının və növbəti Zirvə görüşünə qədər Türk Dövlətləri Təşkilatı mülki müdafiə mexanizminin yaradılmasının qərara alındığını diqqətə çatdırıb.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …