Bazar ertəsi , 6 May 2024
Drone Cameras

Fəxri konsuldan Ukraynadakı vətəndaşlarımıza yardım

Koronavirus pandemiyası ilə bağlı Azərbaycan dövlət başçısının nümayiş etdirdiyi humanizm addımları Azərbaycanın xarici ölkələrdəki diplomatik korpuslarının qarşısında da vəzifələr qoyub.

Ölkəmizin Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanovun dəstəyi ilə 86 nəfər Azərbaycanlının aylıq ev kirayə xərcləri ödənilib və onlara zəruri ərzaq yardımları edilib. Qeyd edək ki, bu 86 nəfərdən 14-ü ailə, digərləri tələbələr və bu şəhərdə müvəqqəti çalışan işçilərdi.

Bundan başqa fəxri konsol Əfqan Salmanov tərəfindən Sumu vilayətinin xəstəxanasına 15 min, Xarkov vilayətinin rayon xəstəxanasına isə 20 min ədəd tibbi maska hədiyyə edilib.

Check Also

Cənub rayonlarının enerji verilişində fasilə yaranacaq

“Azərişıq” ASC-nin Cənub Regional Elektrik Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində …