Bazar , 11 Yanvar 2026
Drone Cameras

ABŞ Belarusa xəbərdarlıq edib

“Belarus ərazisindən Ukraynaya hücum üçün istifadə edilərsə, ABŞ və onun müttəfiqləri Minskə qarşı tədbir görəcəklər”.

Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays növbəti brifinqdə deyib.

Onun sözlərinə görə, Rusiya qoşunları Belarus ərazisində daimi yerləşərsə, NATO Belarusla həmsərhəd ölkələrdə öz qüvvələrinin düzülüşünə yenidən baxmalı ola bilər:

“Biz həmçinin Belarusa açıq şəkildə bildirdik ki, ərazisinin Ukraynaya hücumu üçün istifadə edilməsinə icazə verərsə, ABŞ, onun müttəfiqləri və tərəfdaşları tərəfindən sürətli və qətiyyətli cavabla üzləşəcək”, o deyib.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …