Cümə , 22 Noyabr 2024
Drone Cameras

ABŞ Cənubi Qafqazla bağlı maraqlarını həyata keçirmək üçün Ermənistandan istifadə edir – RƏY

ABŞ Cənubi Qafqazda maraqlarını həyata keçirmək üçün Ermənistandan istifadə edir.

Bunu “Report”a açıqlamasında BDU-nun professoru, siyasi şərhçi Sabir Məmmədli deyib.

O bildirib ki, rəsmi Vaşinqtonun əsas məqsədi bölgədə kommunikasiya xətlərinə nəzarəti təmin etməkdir: “Bu isə ABŞ-nin vasitəçilik təşəbbüslərini sual altına alır. Həmçinin Ermənistan da ikili oyun oynayır. Bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə silahlandırır. Ermənistan faktiki olaraq alətə çevrilir. İrəvan bu gün Vaşinqton və Parisin əlaltısına çevrilməkdədir. Ermənistan hökuməti gələcəyi görmür. Bu, Ermənistanın gələcəyi üçün ciddi təhdidlər yarada bilər. Məsələn, Rusiya Ermənistana təzyiqləri artıra bilər. Nəzərə almaq lazımdır ki, Rusiya gücünü qoruyub saxlayır”.

Ekspertin sözlərinə görə, ABŞ-la Ermənistan arasında hərbi-siyasi yaxınlaşma davam edir: “Vaşinqtonun İrəvanın zəif, qətiyyətsiz olduğunu başa düşür. Ona görə də təsir etməyə çalışır. ABŞ-nin Ermənistanla bağlı siyasəti bundan ibarətdir”.

Professor qeyd edib ki, iyulun 21-də Azərbaycan ordusunun Kəlbəcər istiqamətindəki mövqelərinin atəşə tutulması da Qərbin təhriki ilə ola bilər: “Məsələ ondadır ki, ABŞ Ermənistana ürək-dirək verir. O da nəticədə özünü arxayın hiss edir və belə təxribatlara əl atır. Hətta mümkündür ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Londonda Prezident İlham Əliyevlə görüşdən imtina etməsində də ABŞ-nin rolu var”.

Qeyd edək ki, ABŞ-la Ermənistan arasında hərbi-siyasi əməkdaşlıq genişlənir. İki dövlət bu günlərdə birgə hərbi təlim keçirirlər. Üstəgəl, ABŞ Ermənistanı silahlandırır. Bu isə Ağ Evin regiondakı sülh perspektivi ilə bağlı bəyanatlarına adekvat deyil.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …