Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

ABŞ-dən Moskvaya xəbərdarlıq: Sanksiyalar yalnız bu halda aradan qaldırılacaq

ABŞ Maliyyə Nazirliyinin Rusiya neftinə qarşı sanksiyaları yalnız Ukrayna böhranı sülh yolu ilə həll olunduqdan sonra aradan qaldırılacaq.

Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Maliyyə naziri Skott Bessent “Fox News”a verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, Rusiya neftinə qarşı sanksiyaların aradan qaldırılması qlobal enerji qiymətlərinin aşağı düşməsinə kömək edəcək:

“Sülh sazişləri baxımından neft qiymətlərində əhəmiyyətli dərəcədə azalma müşahidə edə bilərik. Venesuela, İran, Rusiya və Ukrayna ilə bağlı razılaşma əldə olunarsa, bazarlara çoxlu neft axacaq və Maliyyə Nazirliyi ona qarşı sanksiyaları qaldıracaq”.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …