ABŞ-ın Meyn ştatında yaşayan soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətli ilə Azərbaycan gecəsi keçirib.
Boyukmillet.com xəbər verir ki, gecədə Meyn ştatında yaşayan Azərbaycan icmasının nümayəndələri, qardaş və dost ölkələrin diaspor fəalları, o cümlədən bir çox ölkələrdən (Əfqanıstan, Türkiyə, Albaniya, Ukrayna, Rusiya, İran, Özbəkistan, Tacikistan və Afrika ölkələri) olan icmaların təmsilçiləri, dərnək rəhbərləri, yerli ictimayyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Meyn-Azərbaycan Cəmiyyətinin sədri Tərlan Əhmədov qonaqlara Həmrəylik Gününün tarixi əhəmiyyətindən söz açıb, bu ənənənin dünya azərbaycanlılarının vahid kimliyinin inkişafındakı önəmindən bəhs edib.
Musiqili gecədə rəqqasə Səbinə Nəcəfovanın təqdimatında Azətbaycan milli rəqsləri nümayiş etdirilib. Gecədə tanınmış skripka ifaçısı maestro Ceyhun solo proqramla çıxış edib.
Gecədə qonaqlar milli mətbəximizin təamlarından dadıb və Azərbaycan musiqisinin sədaları ilə rəqs ediblər.