Çərşənbə axşamı , 7 Aprel 2026
Drone Cameras

ABŞ-da keşiş atışma zamanı öldürülüb, yaralananlar var

ABŞ-da baş vermiş atışmada azı bir nəfər həlak olub.

Boyukmillet.com  xəbər verir ki, bu barədə ABC teleşirkəti məlumat yayıb.

Məlumata görə, hadisə Texas ştatının Uaynon şəhərində baş verib. Atışma zamanı həmçinin bir neçə nəfər xəsarət alıb.

Hadisə nəticəsində həlak olan şəxs keşişdir. Onun yerli kilsələrdən birində gizlənən şəxs tərəfindən öldürüldüyü bildirilir. ABC-nin məlumatına görə, kişi keşişdən aldığı odlu silahdan onun özünə atəş açıb. Hadisə nəticəsində daha iki nəfər xəsarət alıb.

Yerli polis idarəsinin nümayəndəsi bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Texasın qubernatoru Qreq Ebott həlak olmuş şəxsin ailəsinə başsağlığı verib və hüquq-mühafizə orqanlarının əməkdaşlarına minnətdarlığını ifadə edib.

Check Also

Səudiyyəni Bəhreynlə birləşdirən körpü BAĞLANDI – İrandan HÜCUM TƏHLÜKƏSİ

Səudiyyə Ərəbistanı ölkəni Bəhreynlə birləşdirən Kral Fəhd körpüsünü bağlamaq barədə qərar qəbul edib. Boyukmillet.com  xəbər …