Bazar , 11 Yanvar 2026
Drone Cameras

ABŞ-dan Saakaşvili ilə bağlı Gürcüstana ÇAĞIRIŞ

“ABŞ Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin oktyabrın 1-də həbs olunmasından sonra müalicəsini yaxından izləyir. Biz Gürcüstan ombudsmanının onun vəziyyətinin qiymətləndirilməsi üçün müstəqil həkim qrupunun yaradılması üzrə işini yüksək qiymətləndiririk”.

Boyukmillet.com  xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında bildirilib.

“Biz israrla Gürcüstan hökumətini Mixeil Saakaşvilini ədalətli və ləyaqətlə müalicə və xalq müdafiəçisinin tövsiyələrinə əməl etməyə çağırırıq”, – sənəddə deyilir.

ABŞ Dövlət Departamenti həmçinin Gürcüstan hökumətini sabiq prezidentin bütün məhkəmə dinləmələrində iştirakını təmin etməyə çağırıb.

Qeyd edək ki, Gürcüstanda həbsdə olan sabiq dövlət başçısının ötən gün vəziyyəti pisləşib. Noyabrın 8-də yerləşdirilyidi Tbilisinin Qldani həbsxanasının klinikasında yıxılaraq huşunu itirən siyasətçinin vəziyyəti reanimasiya tədbirləri nəticəsində sabitləşdirilib.   /Modern.az/FacebookWhatsAppTelegramTwitterРесурс

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …