Bazar ertəsi , 13 May 2024
Drone Cameras

ABŞ İnstitutu: Rusiya Belarus hərbçilərinə və “Vaqner” xüsusi hərbi təşkilatına təlim keçir

Rusiya Belarusda Belarus hərbçilərinə və “Vaqner” xüsusi hərbi təşkilatına təlim keçir.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, “Vaqner”in Belarusda olduğunu təsdiqləyən xeyli əyani sübut var:

“Buna baxmayaraq, hərbi təşkilatın rəhbərliyi bu məlumatı təkzib edir. Belarusdakı “Vaqner” qüvvələrinin gözlənilmədən Rusiyaya məzuniyyətə getməsi və qrupun bir hissəsinin Afrika ölkələrinə qəfil “işgüzar səfər” etməsinə dair məlumat var”.

Qeyd olunub ki, peyk görüntüləri və digər əyani sübutlar “Vaqner”in hələ də Belarusda olduğunu təsdiqləyir.

Xatırladaq ki, Belarus Müdafiə Nazirliyi dünən Polşa və Litva sərhədində hərbi təlimlərin başlanması barədə məlumat yaymışdı.

Qeyd edək ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Qiyam uğursuz olub. Bundan sonra “Vaqner”çilər Rusiyanı tərk edib və müvəqqəti olaraq Belarusda yerləşib. Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” döyüşçülərinin bu ölkədə olduğunu təsdiqləyib.

Check Also

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var

İsrailin cənubundakı Aşkelon şəhərinə raket hücumu nəticəsində 3 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu …