Şənbə , 24 Yanvar 2026
Drone Cameras

ABŞ-ın Suriyada əməkdaşlıq etdiyi qruplaşma Afrinə 1700 terrorçu göndərib

Terrorçu PKK/YPG-PYD-nin başqa ad altında fəaliyyət göstərən “Suriya Demokratik Qüvvələri”nə (SDQ) bağlı 1700 terrorçu Afrinə göndərilib.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə “Suriya Demokratik Qüvvələri”nin təmsilçisi bildirib.

Qeyd edək ki, ABŞ SDQ-ni terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə üçün hazırladığını bildirir. Rəsmi Ankaranın YPG və PYD-ni ABŞ-ın silahlandırması ilə bağlı etirazlarına cavab olaraq rəsmi Vaşinqton, bir qayda olaraq, SDQ ilə İŞİD-ə qarşı mübarizədə əməkdaşlıq etdiyini bildirir.

Xatırladaq ki, martın 6-da Türkiyə Silahlı Qüvvələri ilə Azad Suriya Ordusunun Afrində birgə apardığı “Zeytun budağı” əməliyyatı nəticəsində 2878 terroçu zərərsizləşdirilib.

 

Check Also

“Range Rover”lə təhlükəli manevr edən sürücü həbs olunub

“Range Rover”lə təhlükəli manevr edən sürücü həbs olunub. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir