Şənbə , 23 Noyabr 2024
Drone Cameras

ABŞ-nin bədnam məşhurluğu ilə seçilən aparıcısı Putinlə müsahibəsinin anonsunu verib

ABŞ-nin “Fox News” telekanalının keçmiş aparıcısı Taker Karlson Rusiyanın paytaxtı Moskvaya Prezident Vladimir Putinlə müsahibə almaq məqsədilə gəldiyini açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, onun videomüraciəti öz saytında, habelə amerikalı milyarder İlon Maskın sahibi olduğu “X” sosial şəbəkəsindəki hesabında yayımlanıb.

“Bu gecə Moskvadayıq. Prezident Vladimir Putindən müsahibə almaq üçün buradayıq. Tezliklə bunu edəcəyik”, – o qeyd edib.

Karlson Putinlə müsahibəyə aylarla hazırlaşdığını bildirib. Sabiq teleaparıcı prezidentlə söhbətin tezliklə öz saytında yayımlanacağını diqqətə çatdırıb. O həmçinin İlon Maskın “X” Putinlə müsahibəni əngəlləməyəcəyini söz verdiyini söyləyib.

Bundan başqa, Karlson Ukrayna Prezidenti Volodimir Zelenskidən müsahibə istədiyini bildirib. O, Ukraynanın dövlət başçısının sorğuya müsbət cavab verəcəyini ümid etdiyini deyib.

Jurnalistin anonsunun İlon Maskın sosial şəbəkə hesabında yayımlanması da tənqidlərə səbəb olub. Məsələn, Almaniyanın “Bild” nəşrinin aparıcı Yulian Röpke sahibkarı “X”də Rusiya təbliğatı yaydığını nəql edib:

“İlon Mask tviteri, üzr istəyirəm, “X”i yeniləyir! Özü də Çin reklamı və Rusiya təbliğatı ilə. Necə adamdır…”.

Xatırladaq ki, daha öncə Taker Karlsonun İstanbul üzərindən Moskvaya gəldiyi məlum olub. Əvvəlcə səfərin məqsədi rəsmən açıqlanmasa da, mətbuatda onun Rusiya liderindən müsahibə almaq istədiyi deyilirdi. Hələ ötən ilin avqustunda Kremlin beynəlxalq təbliğat vasitələrindən olan RT-nin baş redaktoru Marqarita Simonyan Karlsonun Putindən müsahibə almaq arzusunda olduğunu söyləmişdi.

Qeyd edək ki, mühafizəkar dünyagörüşü ilə seçilən Taker Karlson 2016-cı ildən 2023-cü ilədək “Fox News”da “Bu gecə Taker Karlson” verilişinin aparıcısı olub, lakin ötən ilin aprelində işəgötürən tərəfindən rəsmi izahat olmadan vəzifəsindən azad olunubCNN qeyd edib ki, “Karlson telekanalda konspiroloji nəzəriyyə və radikal ritorikanın baş təbliğatçısı olub”. Eyni zamanda, Taker Karlson yayımlarda tez-tez Ukraynanı tənqid edir və Rusiyanın təbliğatçı narrativlərinə müraciət edir.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …