Şənbə , 14 Mart 2026
Drone Cameras

ABŞ-nin dövlət katibi: “Fələstinlilərin əziyyət çəkməsi HƏMAS-ı narahat etmir”

“Fələstinlilərin əziyyət çəkməsi HƏMAS-ı narahat etmir”.

Boyukmillet.com xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken “X” hesabında yazıb.

O, son bir neçə gün ərzində İsrail, İordaniya, Bəhreyn, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı və Misirə səfər etdiyini xatırladıb: “Hər bir tərəfdaş münaqişənin yayılmasının qarşısını almaq, günahsız insanların həyatını qorumaq və Qəzzada ehtiyacı olanlara yardım göstərmək üçün ortaq fikirdədir. Biz İsrailin yanındayıq. ABŞ Qəzza əhalisinin təhlükədən xilas olmasını və ehtiyac duyduqları yardımların (qida, su, dərman) daxil olmasını təmin etmək üçün fəal şəkildə çalışır. Fələstinlilərin əziyyət çəkməsi HƏMAS-ı narahat etmir”.

Check Also

İran səfirindən Türkiyəyə atılan raketlə bağlı AÇIQLAMA

Türkiyədə vurulan raketləri üçüncü tərəf atıb. Boyukmillet.com  xəbər verir ki, bunu İranın Ankaradakı səfiri Məhəmməd …