Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

ABŞ-nin hərbi təyyarəsi Aralıq dənizində qəzaya uğrayıb

ABŞ-yə məxsus hərbi təyyarə Aralıq dənizinin şərqi üzərində təlim uçuşu həyata keçirərkən qəzaya uğrayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı məlumat yayıb.

Bəyanatda qeyd edilib ki, noyabrın 10-da təlim uçuşu zamanı “fövqəladə vəziyyət” yaranıb, nəticədə təyyarə qəzaya uğrayıb.

“Əminliklə deyə bilərik ki, uçuş sırf təlim məqsədilə həyata keçirilib, heç bir düşmən fəaliyyəti əlaməti yoxdur”, – bəyanatda vurğulanıb.

Komandanlıq amerikalı hərbçilərin xəsarət alıb-almadığını və söhbətin hansı model təyyarədən getdiyini açıqlamayıb.

“Hadisənin səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb”, – komandanlıq diqqətə çatdırıb.

Check Also

İranda üç günlük matəm elan edildi

İran hökuməti ölkədə baş verən kütləvi iğtişaşlar zamanı onlarla insanın həlak olması ilə əlaqədar üç …