Bazar , 12 May 2024
Drone Cameras

İtaliyada şir sirkdən qaçıb və bir neçə saat şəhərdə gəzib

Sirkdən qaçmış şir Romadan 60 km aralıda yerləşən dənizkənarı Ladispoli şəhərinin küçələrində bir neçə saat gəzib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti yazıb.

O, altı saatdan sonra tutulub və sirkə qaytarılıb.

Söhbət Kimba adlı yetərincə yaşlı iri aslandan gedir. Şənbə günü günorta o, sirk işçilərinin açıq tapdıqlarını söylədiyi qəfəsdən çıxıb. Ətrafdakı əkin sahələrini bir az gəzdikdən sonra yırtıcı yaşayış məntəqələrinə daxil olub və çölə çıxmaması tövsiyə edilən sakinlər bunu eyvanlarından görə biliblər. Sosial şəbəkələrdə videolar və şərhlər peyda olub. Aslanın axtarışı və tutulması helikopter və gecəgörmə cihazlarından istifadə edilən xüsusi əməliyyata bənzəyib. Nəticədə polis və baytarlardan ibarət xüsusi qrup heyvanı yatırıblar.

Bu epizod vəhşi heyvanların əsarətdə saxlanması ilə bağlı növbəti mübahisə dalğasına səbəb olub.

Check Also

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var

İsrailin cənubundakı Aşkelon şəhərinə raket hücumu nəticəsində 3 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu …