Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Rusiyada ağır yol qəzasında üç nəfər həlak olub

Rusiyanın Pskov vilayətində iki avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə TASS-a regional Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Sankt-Peterburq-Nevel yolunun 377-ci kilometrliyində “Hyundai Starex” markalı avtomobilin sürücüsü idarəetməni itirərək qarşıdan gələn zolağa çıxıb və nəticədə “Volkswagen Polo” markalı avtomobillə toqquşub”, – deyə mətbuat xidməti məlumat yayıb.

Qəza nəticəsində “Volkswagen Polo”nun sürücüsü və sərnişini yerindəcə ölüb, “Hyundai”ın sürücüsü sınıq və əziklik travmaları xəstəxanaya yerləşdirilib, avtomobilin sərnişini isə sınıq və əzik xəsarətləri ilə Pskov Regional Klinik Xəstəxanasına yerləşdirilib, daha sonra orada o, keçinib.

Qəza ilə bağlı araşdırma aparılır.

Check Also

ABŞ hərbi bazalarını avtonom fəaliyyətə hazırlayır

ABŞ Müdafiə Nazirliyi ölkə ərazisindəki hərbi bazaları mümkün böyük münaqişə şəraitində ən azı 90 gün …