Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev fevralın 17-də Münxendə Con Kerri ilə görüşü zamanı onu COP29-da iştirak etmək üçün Azərbaycana səfərə dəvət edib.

Con Kerri isə COP29-da məmnuniyyətlə iştirak edəcəyini bildirib.

Qeyd edək ki, COP29 cari ilin noyabrında Azərbaycanda keçiriləcək.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …