Bazar , 22 Noyabr 2026
Drone Cameras

Azərbaycan XİN Ermənistanı konstitusiyasında dəyişiklik etməyə çağırıb

Ermənistan konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialardan əl çəkməsi vacibdir.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ilə görüşündə bildirib.

Görüşdə habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Check Also

Paşinyan Azərbaycan lideri ilə Ermənistanın yeni konstitusiyasını müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Dublində keçirilən görüşdə Ermənistanın yeni konstitusiyasının …