Cümə , 19 Aprel 2024
Drone Cameras

ABŞ səfiri Energetika Nazirliyində olub

Energetika naziri Natiq Əliyev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin birgə iştirakı ilə Vyanada keçiriləcək Nazirlər Şurasının 172-ci iclası ərəfəsində dünya enerji bazarında son vəziyyət müzakirə edilib.

Neftin qiymətinə iqtisadi və siyasi faktorların təsiri, İran, İraq, Liviya, Səudiyyə Ərəbistanı, Rusiya və Qazaxıstan kimi ölkələrin neft hasilatı ilə bağlı mümkün addımları ətrafında fikir mübadiləsi aparılıb.Neft hasilatının azaldılması üzrə sazişin müddətinin gələn ilin mart ayının sonuna kimi uzadılması barədə Rusiya və Səudiyyə Ərəbistanı anlaşmasından da bəhs edilərək, bildirilib ki, sazişin ilin sonuna kimi uzadılması daha məqsədəuyğundur. Energetika naziri N.Əliyev deyib ki, yanvar ayından etibarən kiçik qiymət fərqləri istisna olmaqla, ümumən, neftin qiymətində sabitlik yaranıb və hazırkı qiymətlər bütün neft hasilatçıları üçün uyğun rəqəmdir.

Daha sonra ABŞ səfiri Robert Sekuta “Cənub Qaz Dəhlizi” layihəsinin gedişatı, qaz bazarının inkişaf istiqamətləri və həyata keçirilən layihələrin perspektivləri ilə maraqlanıb. N.Əliyev növbəti onillikdə qaz bazarında müşahidə ediləcək tendensiyalar barədə fikirlərini səfirlə bölüşüb. Bildirilib ki, hazırda Azərbaycanın qarşısında duran əsas məqsəd “Cənub Qaz Dəhlizi” layihəsi üzrə işləri vaxtında başa çatdırmaqdır.

Toplantıda Azərbaycan-ABŞ enerji əməkdaşlığının digər istiqamətləri üzrə də müzakirələr aparılıb.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir