Bazar , 15 Mart 2026
Drone Cameras

ABŞ sakini peyvənddən bir neçə saat sonra öldü

ABŞ-da koronavirusdan peyvənd olunan şəxs bir neçə saat sonra dünyasını dəyişib.

Boyukmillet.com “Fox News” telekanalına istinadən xəbər verir ki, bu barədə Kaliforniyanın Pleyser dairəsi şerifinin ofisi bildirib.

Hakimiyyət orqanları qeyd ediblər ki, dekabrın sonunda həmin şəxsdə COVID-19 aşkarlanıb. O, dairənin tibb müəssisəsində peyvənd olunmayıb.

Hadisədən dərhal sonra bir neçə agentlik həm yerli, həm də federal səviyyədə ölümün baş verməsi səbəbinin araşdırılması ilə məşğul olmağa başlayıb. Ölümün dəqiq səbəbi istintaqın tamamlanmasına qədər açıqlanmayacaq.

Onun “Moderna” və ya “Pfizer/BioNTech” preparatından peyvənd edildiyi məlum deyil

Check Also

Əkrəm İmamoğlu haqqında 2 430 il həbs istənilən iş üzrə məhkəmə başlayıb

İstanbul 40‑cı Ağır Cinayətlər Məhkəməsində İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri, prezidentliyə namizəd Əkrəm İmamoğlu …