Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

ABŞ Senatı İrana qarşı əməliyyatı məhdudlaşdıran qətnamə layihəsini qəbul etdi

ABŞ Senatı prosedur səsverməsi zamanı ilk dəfə olaraq Vaşinqton administrasiyasının İrana qarşı hərbi əməliyyatları dayandırmasını nəzərdə tutan qətnaməni dəstəkləyib.

Boyukmillet.com xəbər verir ki, 50 qanunverici qətnamənin lehinə, 47-si isə əleyhinə səs verib.

Demokrat Partiyası nümayəndələrinin əksəriyyəti ilə yanaşı, Respublikaçılar Rand Paul (Kentukki), Lisa Murkowski (Alyaska), Syuzan Kollins (Men) və Bill Kassidi (Luiziana) da qətnaməni dəstəkləyiblər. Onu dəstəkləməyən yeganə demokrat Con Fetterman (Pensilvaniya) olub.

Konqresin yuxarı palatası əvvəllər oxşar səsvermələr zamanı bu sənədi yeddi dəfə rədd etmişdi. “The Hill” qəzeti vurğulayır ki, qətnamə son səsvermədə Senat və sonra Nümayəndələr Palatası tərəfindən təsdiqlənsə belə, Prezident Donald Tramp ona veto qoyacaq.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …