Cümə , 27 Mart 2026
Drone Cameras

ABŞ “Taliban”ı terrorçulara dəstək verməkdə ittiham edib

Radikal “Taliban” hərəkatı cari ilin aprelindən iyunun sonuna kimi Əfqanıstan ərazisində “Əl-Qaidə” terror təşkilatının silahlılarına sığınacaq verib.

Boyukmillet.com “RİA Novosti”yə istnadən xəbər verir ki, belə bir iddia ilə ABŞ-ın Müdafiə Nazirliyi çıxış edib.

“Taliban” Əfqanıstanda “Əl-Qaidə”yə sığınacaq verərək, terror qruplaşması ilə əlaqə saxlamağa davam edib”, – Pentaqonun Konqresə sonuncu rübə dair hesabatında deyilir.

Daha əvvəl “Taliban” hərəkatının nümayəndəsi Süheyl Şahin bildirib ki, “taliblər” “Əl-Qaidə”yə və başqa terror qruplaşmalarına Əfqanıstanın ərazisində fəaliyyət göstərməyə imkan verməyəcəklər.

Hesabatda həmçinin qeyd edilir ki, “İŞİD-Xorasan” son aylar Əfqanıstan hökumətini gözdən salmaq məqsədilə haimiyyətin ölkənin təhlükəsizliyi təmin edə bilmədiyini nümayiş etdirmək üçün infrastruktura hücumlar həyata keçirib.

Check Also

İran Hörmüz boğazından keçid üçün rüsumlar haqqında qanun layihəsi hazırlayır

İran parlamenti Hörmüz boğazından keçən bəzi gəmilərdən rüsumların rəsmiləşdirilməsini nəzərdə tutan qanun layihəsi üzərində işləyir. …