Çərşənbə , 4 Mart 2026
Drone Cameras

ABŞ Ukraynaya hərbi təyyarə göndərəcəyini istisna etməyib

ABŞ Ukraynaya hərbi təyyarə göndərəcəyini istisna etməyib.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi, general Çarlz Braun deyib.

O, qeyd edib ki, Vaşinqton Ukraynaya Qərb istehsalı olan döyüş təyyarələrinin tədarükü imkanlarını nəzərdən keçirir.

Generalın sözlərinə görə, söhbət həm Amerika qırıcılarından, həm də Avropanın müdafiəsinə aid təyyarələrdən gedə bilər.

“Amerika avadanlığı, İsveçin “JAS 39 Gripen”, “Eurofighter”, “Rafale”i var. Ukraynaya çatdırıla bilən bir sıra platformalar mövcuddur”, – Braun bildirib.

Onun sözlərinə görə, hazırda sovet və ya Rusiya istehsalı olan təyyarələrin Kiyevə göndərilməsi məsələsinə baxılmır, çünki belə avadanlıqlar üçün lazımi ehtiyat hissələri tapmaq daha çətindir.

Check Also

Çin Hörmüzə görə İrana ÇAĞIRIŞ ETDİ

Pekin Hörmüz boğazının açıq saxlanmasını və neft, eləcə də mayeləşdirilmiş təbii qaz tədarüklərinə hücumlardan çəkinilməsini …