Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

ABŞ və Finlandiya liderləri Rusiya-Ukrayna münaqişəsini müzakirə edib

Finlandiya Prezidenti Aleksandr Stubbla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı baş tutub.

Boyukmillet.com-un xəbərinə görə, bu barədə Finlandiya lideri “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Prezidentlər telefon danışığı zamanı Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər.

“Prezident Trampın təyin etdiyi atəşkəs müddəti yaxınlaşır”, – Stubb vurğulayıb.

Stubb qeyd edib ki, Finlandiya dərhal atəşkəsə nail olmaq üçün bütün səyləri dəstəkləyir.

Liderlər buzqıran gəmilər üzrə əməkdaşlığı da müzakirə ediblər. Prezidentin sözlərinə görə, Finlandiya buzqıran gəmilərin sürətli və etibarlı tikintisi üçün lazımi bilik və təcrübəyə malikdir.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …