Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Meksikada parçalanmış 32 cəsəd tapılıb

Meksikada iyulun 30-dan avqustun 2-dək aparılan əməliyyat-axtarış tədbirləri zamanı 32 parçalanmış insan cəsədi tapılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə əyalət prokurorluğunun “X” sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, polis cəsədləri mərkəzi Quanaxuato əyalətinin La-Kalera şəhərindəki kütləvi məzarlıqda tapıb.

Hələlik onlardan sadəcə 15-nin şəxsiyyəti müəyyən edilib.

Yerli televiziya kanalının məlumatına görə, insan qalıqları parçalanmış vəziyyətdə tapılıb, ona görə də onların təhlili genetika, antropologiya və məhkəmə stomatologiyası kimi sahələrdə xüsusi texnikanın istifadəsini tələb edib.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …