Cümə , 27 Mart 2026
Drone Cameras

Abşeronda başından güllə yarası alan yeniyetmə xəstəxanada ölüb

Aprelin 8-nə keçən gecə Abşeron rayonunda başından güllələnən 2005-ci il təvəllüdlü Nicat Nəbiyev bu gün xəstəxanada keçinib.

Boyukmillet.com xəbər verir ki, Məhəmmədi kəndində qeydə alınmış hadisə zamanı N.Nəbiyev ov tüfəngindən açılan atəş nəticəsində ağır xəsarət almışdı.

Qeyd edək ki, N.Nəbiyev qonşuluqda olan əkin üçün nəzərdə tutulmuş əraziyə keçib. Bu zaman qonşusu ona ehtiyatsızlıqdan ov tüfəngindən atəş açıb. Başından ağır xəsarət alan N.Nəbiyev xəstəxanaya yerləşdirilmişdi. Ancaq həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Check Also

Hörmüz boğazında hücuma məruz qalan yük gəmisi saya oturub

İki həftə əvvəl Hörmüz boğazında hücuma məruz qalmış Tailand bayrağı altında üzən “Mayuree Naree” yük …