Şənbə , 10 May 2025
Drone Cameras

Abşeronda naməlum şəxslər ahıl qadını evində öldürmək istəyiblər

Abşeronda naməlum şəxslər 67 yaşlı ahıl qadına ağır xəsarət yetiriblər.

Boyukmillet.com-un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Abşeron Gənclər Şəhərciyində 1954-cü il təvəllüdlü Əliyeva Maşxanım İsmayıl qızı yaşadığı evdə amansızlıqla döyülüb. O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin müayinəsi zamanı M.Əliyevaya çənə, burun və almacıq sümüklərinin sınıqları diaqnozları qoyulub.

M.Əliyevanın dediyinə görə, onu yaşadığı evdə tanımadığı qızla oğlan döyüb. Həmin şəxslər daha sonra qadını boğmağa çalışıblar.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Check Also

Ötən gün 48 kiloqramdan çox narkotik vasitə aşkar olunub

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 8-də ümumi çəkisi 48,4 kiloqrama yaxın narkotik vasitə, …