Şənbə , 23 Noyabr 2024
Drone Cameras

ADU-nun Magistratura və Doktorantura şöbələrinin təşkilatçılığı ilə 27 Sentyabr Anım gününə həsr olunmuş “Şəhidlər ölməz!” adlı onlayn tədbir keçirildi

Tədbiri giriş sözü ilə açan Magistratura şöbəsinin müdiri dos. Firuzə Rzayeva Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində qazanılan zəfərdən, Azərbaycan xalqının birliyindən, rəşadətli ordumuzun qüdrətindən və qəhrəman oğulların igidliyindən söz açaraq , Azərbaycan xalqına bu zəfəri yaşadan şəhidlərin hər zaman xalqın qəlbində yaşayacaqlarını qeyd etdi.

Daha sonar söz tədbirdə iştirak edən I Qarabağ müharibəsi qazisi, Qazilər birliyinin sədr müavini Rafiq Kərimova verildi. Rafiq Kərimov çıxışında tarixi qələbəni şərtləndirən amillərdən söz açaraq, Azərbaycan Ordusunun şanlı zəfərindən və Vətən uğrunda canlarından keçən şəhidlərin qorxmazlığından, mərdliyindən danışıb, şəhidlik zirvəsinə ucalan döyüş yoldaşlarına rəhmət diləyib, sağlamlığını itirən qazilərə isə şəfa arzulayıb.

Tədbirdə iştirak edən magistr tələbəsi Nicat Həşimzadə o tarixi anlara qayıdaraq Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün ərzində böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan azad etdiklərini qeyd etdi. Həmçinin tədbir zamanı Azərbaycan Dillər Universitetinin doktorantları Qismət Rüstəmov və Rəfi Zeynalov da öz çıxışlarında tarix yazan qəhrəman ordumuzun Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş şücaətini bütün dünyaya nümayiş etdirdiyini xüsusi vurğuladılar.

Tədbir mövzu çərçivəsində müzakirə ilə sona çatdı.

Check Also

Naxçıvanda: Naziri tənqid edən müəllim işdən çıxarılıb

Səriyyə Qəmbərova nazirin qəzəbinə tuş gəldiyini, məktəb direktoru tərəfindən döyüldüyünü iddia edirSəriyyə Qəmbərova 2007-ci ildən …