Çərşənbə axşamı , 21 Yanvar 2025
Drone Cameras

Afrin qızışır: Türkiyə “PKK ovçusu”nu sərhədə yeritdi

Türkiyə ordusunun Afrin əməliyyatına hazırlıqları çərçivəsində “PKK ovçusu” adlandırılan M60T tankları sərhədə göndərilib.

Boyukmillet.com Axar.az-a istinadən xəbər verir ki, tanklar Türkiyənin müxtəlif ordu birləşmələrindən 11 TIR-a yüklənilərək sərhədə aparılıb.

Türkiyənin Suriya və İraqda döyüş şəraitində uğurla istifadə etdiyi, tank əleyhinə raket sistemlərinə qarşı yüksək səviyyəli müdafiə sisteminə malik Sabra tipli M60T ağır döyüş tankları Afrin əməliyyatı ərəfəsində Hatayda yerləşən sərhəd qüvvələrinə göndərilib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrin əməliyyatı üçün hazırlıqların tamamlandığını açıqlamışdı.

Check Also

İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY

Paşinyan hökuməti dəfələrlə açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmirlər Ermənistan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir