Çərşənbə axşamı , 10 Sentyabr 2024
Drone Cameras

Afrində Atatürkün qərargahı tapıldı – FOTOLAR

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində terrorçulara qarşı həyata keçirdiyi əməliyyatlar zamanı Racu adlanan ərazidə Mustafa Kamal Atatürkün qərargahı tapılıb.

İnterpress.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Atatürkün 100 il bundan əvvələ aid olan qərargahı barədə bəzi məlumatlar üzə çıxıb. Belə ki, Hatay Mustafa Kamal Universitetinin tarixçi alimi Süleyman Hatipoğlu Atatürkün racu bölgəsinə etdiyi səfərindən danışıb. Tarixçinin sözlərinə görə, 1918-ci ildə Fələstində hərbi əməliyyatlara başlayan 7-ci Ordunun Komandanı Atatürk elə həmin il Hələb şəhərinə və daha sonra Suriyanın Afrin bölgəsinə – Racu məntəqəsinə yola düşüb. 

Racuda yerləşən Atatürk ordusu ilə birlikdə kürd və ərəblərin təzyiqi ilə üzləşib. Buna görə də, o, bütün güclərini səfərbər edərək döyüş vəziyyəti yaradıb. 

Cənubdan Afrinə doğru hərəkət edən ingilis qoşunu isə 1918-ci ilin oktyabrın 26-da Atatürkün rəhbərlik etdiyi 7-ci Ordu ilə qarşı-qarşıya gəlib. Elə həmin günü ingilislərlə türklər arasında baş vermiş döyüşdə türklər qələbə qazanıb. Həmin döyüşlər ərəfəsində Atatür üçün qərargah təşkil olunub. Ordunun yerləşdirilməsi üçün qərargahın ətrafında hərbi hissə təşkil olunub və ordu yerləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, həmin qərargah 1890-cı il tikililərindəndir.

Afrində Atatürkün qərargahı tapıldı - FOTOLAR

 

Afrində Atatürkün qərargahı tapıldı - FOTOLAR

 

Afrində Atatürkün qərargahı tapıldı - FOTOLAR

Check Also

“Əsl millət vəkili necə olmalıdır, istəyirəm onu millətə təqdim edim” – Cahandar Bayoğlu ilə VİDEOMÜSAHİBƏ

22 saylı Nəsimi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Cahandar Cahandaroğlu (Bayoğlu) “Meşə” parkında seçiciləri ilə görüşüb.Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir