Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ağaevli Əli Hacı yazır: BU GECƏ…

Bu gecə,Şuşaya məktub yazmışam
yazdım ki,Gəncə də ahına yansın !
Od tutsun Qazaxın,yansın Şamaxın
Təbrizdə əlinə qoy,həna yaxsın !

Bu gecə,Laçına məktub yazmışam
yazdım sənsiz Bərdə,Beyləqan olmaz !
Kim sənə can deyir,başından olur
bu yurdun içində böylə qan olmaz… !

Gecə Zəngilana məktub yazmışam
adın dəyişibmi görən Həkəri ?!
Yazdım ki,Cəbrayıl başına dönüm
halı nə gündədi Şah Xudafərin ?!

Gecə Qubadlıya məktub yazmışam
yaxadan tutmağa əli kəsilib !
Kəlbəcər batıbdı İsti suyunda,
Ozan Dədələrin dili kəsilib !

Bu gecə,Ağdama məktub yazmışam
dedim için yanır,səsin Bakıda !
Torpağın üzündə qan ləkəsi var
Muğamın səsini kəsin Bakıda !

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …