Bazar ertəsi , 8 İyul 2024
Drone Cameras

Ağcabədi sakini qohumunu güllələyib

Ağcabədi sakini qohumunu güllələyib.

Boyukmillet.com xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinə (RPŞ) bir nəfər rayon sakininin qol nahiyəsindən güllə yarası alması ilə bağlı xəstəxanadan məlumat daxil olub.

Məlumatla əlaqədar Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Araşdırmalarla müəyyən olunub ki, rayon sakini Laiq İslamov yaranan münaqişə zəminində öz qohumuna tapançadan atəş açaraq xəsarət yetirib. Keçirilmiş tədbirlərlə L.İslamov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun ailə üzvlərinə məxsus fermaya baxış keçirilən zaman bir ədəd “Makarov” markalı tapança və həmin tapançaya məxsus daraq aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Check Also

Nizami rayonunda avtomobillər toqquşub, 23 yaşlı qız xəsarət alıb

Bakının Nizami rayonunda 23 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, …