Cümə , 18 Oktyabr 2024
Drone Cameras

Ağdərə şəhərində 190 fərdi yaşayış evi tikiləcək

Ağdərə şəhərində 190 fərdi yaşayış evinin tikintisi nəzərdə tutulur.

Boyukmillet.com xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin İcraçı direktorun köməkçisi Həmid Mehdiyev Xəzər İnşaat Həftəsində çərçivəsində keçirilən panel müzakirələrində bildirib.

Bundan başqa, onun sözlərinə görə, Xocalı şəhərində 56, rayonun Malıbəyli və digər kəndlərində isə 120 yaşayış binasının tikintisi nəzərdə tutulur.

“Suqovuşanda 5 ədəd 5 mərtəbəli binanın tikintisi yekunlaşmaq mərhələsindədir”, – deyə o əlavə edib.

H. Mehdiyev onu da qeyd edib ki, Xankəndi şəhərinə məcburi köçkünlərin qayıdışı hələ başlamayıb, lakin 5 mindən çox dövlət və qeyri-dövlət qurumunun əməkdaşları orada məskunlaşıb: “Eyni zamanda, Qarabağ Universiteti fəaliyyətə başlaması ilə 1 200 tələbə şəhərdə məskunlaşıb”.

Check Also

Elnur Soltanov: “İqlim dəyişikliyinin su ilə gətirdiyi təhlükələrdə ən çox zərər görənlər qadınlardır”

İqlim dəyişikliyinin təsirlərinin insanlara ötürülməsində əsas vasitə sudur. Boyukmillet.com xəbər verir ki, bunu energetika nazirinin …