Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Ağdamda ekskavator piyada əleyhinə minaya düşüb

Ağdam rayonunun Novruzlu kənd ərazisində mina hadisəsi baş verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti birgə məlumat yayıb.

Minalardan təmizlənməmiş ərazidə ekskavator piyada əleyhinə minaya düşüb. Ekskavator zədələnib, xəsarət yoxdur.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

Check Also

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. …