Çərşənbə axşamı , 25 Fevral 2025
Drone Cameras

Ağdamda mina partlayışı olub, iki nəfər xəsarət alıb

İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi baş verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumata görə, 2024-cü il 12 aprel tarixində 1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu və 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb. Hər iki şəxs ayağından xəsarət alıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

“DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır”, – deyə məlumatda vurğulanıb.

Check Also

15 nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Həmin şəxslərin qəbul etdikləri etil spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edildiyi bildirilir Bakıda son 2 …