Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Ağdamda Xocalı faciəsinin 30-cu il dönümü ilə bağlı yürüş keçirilib

İşğaldan azad edilən Ağdam şəhərində yürüş keçirilib. Xocalı soyqırımının 30 ildönümü münasibətilə keçirilib.

Boyukmillet.com xəbər verir ki, yürüşdə Prezidentin Xüsusi Nümayəndəliyinin, Ağdamın tikinti və bərpasında iştirak edən şirkətlərin, hərbçilər və hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri iştirak ediblər.

Yürüş Prezidentin Xüsusi Nümayəndəliyinin qərargahının qarşısından Ağdamın Şəhidlər Xiyabanına qədər davam edib. Şəhidlərin əziz xatirəsi yad olunub və ruhlarına dualar oxunub.

Qeyd edək ki, Ağdamın Şəhidlər Xiyabanı Xocalı faciəsi zamanı şəhid olan soydaşlarımızın əsas dəfn edildiyi məkan olub.

Check Also

27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl rayonu yeni inkişaf mərhələsində

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışımız Cəbrayıldan, Aprel döyüşlərindən sonra strateji yüksəkliklərin ordumuzun nəzarətinə keçməsi …