Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Neftçalada Xocalı soyqırımının 30-cu ildönümü qeyd olunub

Neftçala rayonunda Xocalı soyqırımının 30-cu ildönümü dərin hüznlə qeyd olunub və şəhidlərin xatirəsi anılıb.

Boyukmillet.com xəbər verir ki, şəhərin mərkəzi meydanında faciə qurbanlarının xatirəsinə ucaldılan “Xocalı abadəsi” ziyarət olunub.

Abidənin önünə gül dəstələri düzülüb, şəhid xocalılıların xatirəsi ehtiramla anılıb və ruhlarına dualar oxunulub.

Eyni zamanda rayon ərazisində ağacəkmə aksiyası keçirilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri, din xadimləri, şəhid ailələri və müharibə iştirakçıları iştirak edib.

Check Also

Parlament 12 məsələnin müzakirəsi üçün toplaşacaq

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında – oktyabrın 27-də 12 məsələ müzakirə ediləcək. Boyukmillet.com xəbər verir …