Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılmasına dair təntənəli mərasim keçirilib.

Boyukmillet.com xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev, Türkiyə Milli Müdafiə Nazirliyi Quru Qoşunlarının Baş Qərargah rəisi Levent Ergün, Rusiya Müdafiə Nazirliyi Baş Qərargah rəisinin müavini Sergey İstrakov, həmçinin Rusiya və Türkiyənin Azərbaycandakı səfirləri, Rusiya Sülhməramlı Kontingentinin rəisi iştirak ediblər.

Mərasim hər üç ölkənin dövlət himninin ifası ilə başlayıb. Daha sonra Türkiyə ilə Rusiyanın dövlətin bayraqları endirilərək fəxri qaravulun müşayiəti ilə sıra meydanına gətirilib.

Check Also

Ermənistana Rusiya taxılı daşıyan yük qatarı Biləcəridən yola düşdü

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 5 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” …