Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı 600-dən yüksək bal toplayan abituriyentlərlə görüşüb

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov bu il ali təhsil müəssisələrinə Ağstafa rayonu üzrə 600-dən yüksək bal toplayan məzunlarla görüş keçirib.

Pandemiya təhlükəsi ilə əlaqədar Operativ Qərərgahın tələblərinə uyğun olaraq açıq şəraitdə keçirilən görüşdə İcra başçısı yüksək nəticə əldə etmiş 16 nəfər məzunu təbrik edib, gələcəkdə onlara ölkəmiz adına daha böyük nəaliyyətlər arzu edib.

Tələbələrə Rayon İcra Hakimiyyətinin diplom və hədiyyələri təqdim olunub.


Tədbirdə çıxış edən tələbələr təhsilə göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Check Also

“Ramiz Mehdiyev işi” çərçivəsində iki sabiq nazirin əmlakı müsadirə oluna bilər – ŞOK ADLAR

2025-ci ilin oktyabr ayında Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 193-1.3.2-ci (cinayət …