Cümə axşamı , 26 Mart 2026
Drone Cameras

Ağsuda narkokuryerlikdə şübhəli bilinən qadın tutulub

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 54 yaşlı Təranə Məmmədova saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, ondan 3 kiloqram 500 qram marixuana və heroin aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Check Also

Bu da “dostlarımız”ın bizə bayram hədiyyəsi:Növbə Yenixeber.org-a çatdı…

İnanmaq istəyirəm ki, nəhayət İlham Əliyev, hakimiyyətinin media siyasətinin icrasına məsul şəxslərə “DUR” deyib də, …