Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar qurultayında İlham Əliyevin növbədənkənar Prezident seçkilərində prezidentliyə namizədliyinin dəstəklənməsi irəli sürülüb.
Boyukmillet.com xəbər verir ki, bu təklifi AHİK sədri Səttar Möhbalıyev təklif səsləndirib.
Qurultay iştirakçıları təklifi yekdilliklə dəstəkləyiblər.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də ölkədə növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Xatırladaq ki, dekabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib. Artıq Mərkəzi Seçki Komissiyası İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.
Bundan başqa, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc, Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyev müstəqil olaraq prezidentliyə namizədliklərini irəli sürüblər.