Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Aİ Ermənistan-Azərbaycan gərginliyinin artmasından narahatdır

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar ötən həftə Ermənistanla Azərbaycan arasında vəziyyətin gərginləşməsini şərh edib.

Boyukmillet.com  xəbər verir ki, Aİ rəsmisi bu barədə fikirlərini sosial şəbəkədə paylaşıb.

O, ötən həftə Ermənistanla Azərbaycan arasında artan gərginlikdən narahat olduğunu bildirib.

“(Gərginliyi-red) Azaltmaq, səbəbləri aradan qaldırmaq və hərtərəfli nizamasalma nailiyyət üzrə işə başlamaq lazımdır”, – Klaar tviterdəki səhifəsində yazıb.

Daha əvvəl Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Laçın rayonu sahəsində vəziyyəti gərginləşdirmək məqsədilə növbəti təxribata cəhd göstərib.

Check Also

İran Silahlı Qüvvələri Türkiyəyə raket atılmadığını bildirib

İran Silahlı Qüvvələri Türkiyə ərazisinə doğru heç bir raket atmadıqları barədə açıqlama yayıb. Boyukmillet.com “Haber Global”a …