Cümə , 12 Dekabr 2025
Drone Cameras

Aİ-nin Ermənistandakı missiyası hərbi kontingentə bənzəyir

Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası mülki deyil, hərbi kontingentə bənzəyir.

Boyukmillet.com xəbər verir ki, missiyanın rəhbəri 2020-ci ildən Ştutqart Şəhər Polis İdarəsinin rəisi vəzifəsində çalışan almaniyalı Markus Ritter olacaq.

Bildirilib ki, xidmət etdiyi qurumlar onun polis deyil, daha çox hərbçi olduğunu göstərir. Belə ki, M.Ritter Aİ-nin İraqdakı konsultasiya missiyasına rəhbərlik edib, Cənubi Sudan, Gürcüstan və Kosovoda Aİ və BMT missiyalarında xidmət edib, həmçinin Almaniyanın Əfqanıstandakı səfirliyində polis müşaviri olub.

Qeyd edilib ki, almaniyalı təmsilçinin missiyanın rəhbəri təyin edilməsi Berlin və Paris arasında razılaşdırılmış oyunun nəticəsidir, çünki bu mərhələdə Fransa kölgədə qalmaq istəyir.

Check Also

Türkiyə polisi 22 vilayətdə əməliyyat KEÇİRDİ: 92 nəfər SAXLANILDI – VİDEO

Türkiyə polisi iki həftə ərzində İŞİD ilə əlaqədə şübhəli bilinən 92 nəfəri saxlayıb. Boyukmillet.com xəbər …