Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Mirzoyanla Borel Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borellə regional məsələləri müzakirə ediblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı tərəflər regional təhlükəsizlik və sabitlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Mirzoyanla Borel Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ətrafında cərəyan edən prosesləri müzakirə ediblər.

Tərəflər Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi prosesinə də toxunublar.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …