Çərşənbə , 14 May 2025
Drone Cameras

Aİ sanksiyaları Rusiya Mərkəzi Bankının maliyyə aktivlərinin yarısını donduracaq

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Rusiya Mərkəzi Bankının maliyyə aktivlərinin təxminən yarısını dondurmaq qərarına gəliblər.

Boyukmillet.com xəbər verir ki, bunu Aİ-nin 27 ölkəsinin xarici işlər nazirlərinin fövqəladə videokonfransından sonra keçirilən mətbuat konfransında Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel deyib.

“Rusiya Federasiyası Mərkəzi Bankının aktivlərini iflic edəcək mühüm məhdudlaşdırıcı tədbirlər görülüb. Mərkəzi Bankın maliyyə ehtiyatlarının yarısından çoxu və ya ən azı yarısına yaxını dondurulacaq. Bu, Rusiyanın maliyyə sisteminə ciddi təsir edəcək”, – Borrel bildirib.

Check Also

Baş Prokurorluq Koçaryanın qanunsuz yolla əldə etdiyi əmlakın müsadirə edilməsini tələb edib

Ermənistan Baş Prokurorluğu ikinci prezident Robert Koçaryanın qanunsuz əmlakının və onunla əlaqəli şəxslərin 22 daşınmaz …