Bazar ertəsi , 12 May 2025
Drone Cameras

Ailə Məcəlləsinə dəyişikliklər təsdiqləndi

Prezident İlham Əliyev Ailə Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Boyukmillet.com-un xəbərinə görə, təsdiq edilmiş dəyişikliklə Azərbaycanda uşaqların qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən övladlığa götürülməsi proseduru asanlaşdırılıb.

Sənədə əsasən, uşağı övladlığa götürmə istəyən qohumlara aşağıdakı prosedurlar tətbiq olunmayacaq:

– övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi;

– övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;

– övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;

– övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.

Check Also

Şəhid ailələri Tofiq Yaqublu ilə bağlı İlham Əliyevə müraciət edib

“Bir Qarabağ qazisinin həbsxanada aclıq aksiyası keçirərək ölməsi həm Azərbaycan hakimiyyətinin, həm də xalqımızın adına …