Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

AK 2027-ci ilə qədər Rusiya qazından imtina planını təsdiqləyib

Avropa Komissiyası (AK) bu gün Avropa İttifaqına (Aİ) Rusiyadan enerji daşıyıcılarının idxalının dayandırılması üçün “yol xəritəsi” layihəsini təqdim edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə AK-nın enerji məsələləri üzrə üzvü Dan Yorgensen Strasburqda keçirilən mətbuat konfransında bildirib.

“Bu gün biz “yol xəritəsi”ni təsdiq etdik və gələn ay komissiyanın qanunvericilik təkliflərini təqdim edəcəyik”, – o qeyd edib.

AK-nın paylaşımına əsasən, “yol xəritəsi” “Rusiya nefti, qazı və nüvə enerjisinin Aİ bazarlarından tədricən çıxarılmasını” nəzərdə tutur və bu, enerji keçidimiz irəlilədikcə koordinasiyalı və təhlükəsiz şəkildə baş verəcək.

“Tədbirlər qiymətlərə və bazarlara hər hansı təsiri məhdudlaşdırmaqla Aİ-də enerji təchizatının təhlükəsizliyini qorumaq üçün hazırlanıb”, – sənəddə qeyd olunub.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …